• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Qurumuş və ya qəzalı vəziyyətdə olan ağacların götürülməsi müzakirə edilib

    10

    okt

    Qurumuş və ya qəzalı vəziyyətdə olan ağacların götürülməsi müzakirə edilib

    Ekologiya.az xəbər verir ki, Dövlət Ekoloji Ekspertiza Agentliyində qurumuş və ya qəzalı vəziyyətdə olan ağacların götürülməsi ilə bağlı növbəti ictimai dinləmə keçirilib.

    Ekoloqların, icra hakimiyyəti, bələdiyyə, QHT və KİV nümayəndələrinin, həmçinin digər maraqlı tərəflərin iştirakı ilə keçirilən ictimai dinləmədə paytaxtın Yasamal, Nizami, Nərimanov, Qaradağ və Pirallahı rayonları üzrə qurumuş və ya qəzalı vəziyyətə düşmüş ümumilikdə 85 müxtəlif cinsli ağacın götürülməsi müzakirə edilib.

    İctimai dinləmədə quruyan və ya qəzalı vəziyyətə düşən ağacların götürülməsi ilə bağlı müraciətlərin gecikdirilməməsi, rəy verildikdən sonra onun dərhal icra edilməsinin vacibliyi diqqətə çatdırılıb.

    Tarix : 10-10-2023, 09:56 | Oxunub: 378