• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq

    25

    fev

    Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq

    Fevralın 26-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

    Ekologiya.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Naxçıvan MR, Zəngilan, Cəbrayıl, Laçın, Kəlbəcər, Gədəbəy, Gəncə, Naftalan, Samux, Göygöl, Şəmkir, İmişli, Beyləqan, Bərdə, Tərtər, Sabirabad, Saatlı, Şirvan, Salyan, Biləsuvar, Neftçala, Hacıqabul, Qobustan, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabadda sarı xəbərdarlığa uyğun olaraq şimal-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

    Daşkəsən, Goranboy, Mingəçevirdə isə narıncı xəbərdarlığa uyğun olaraq şimal-şərq küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

    Tarix : 25-02-2026, 18:26 | Oxunub: 1 104