• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Sağlam toxum məhsuldarlığın əsası deməkdir - toxumçuluq müəssisəsindən reportaj/FOTO

    31

    yan

    Sağlam toxum məhsuldarlığın əsası deməkdir - toxumçuluq müəssisəsindən reportaj/FOTO

    Balakəndəki toxumçuluq müəssisəsi ildə 2 min ton qarğıdalı, 8 min ton elit arpa və buğda istehsalı həyata keçirir. Bu, bölgədə ilk belə müəssisədir.


    AZƏRTAC xəbər verir ki, ölkəmizdə iqtisadiyyatın, o cümlədən onun qeyri-neft sahəsinin inkişaf etdirilməsi, sahibkarlıq subyektlərinin fəaliyyətinin tənzimlənməsi məqsədi ilə bir sıra proqram və layihələr həyata keçirilir.


    Xüsusən aqrar sektorun inkişafı istiqamətində fermer və sahibkarlara güzəştli kreditlər, lizinq yolu ilə maşın və texnikalar verilir. Dövlət dəstəyindən, əlbəttə ki, özəl sahibkarlıq subyektləri də yetərincə faydalanır. Belə müəssisələrdən biri də Balakəndə fəaliyyət göstərən toxumçuluq müəssisəsidir.

    Balakənin Püştətala kəndi ərazisində yeddi il əvvəl fəaliyyətə başlayan müəssisə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) xətti ilə dövlət dəstəyindən də yararlanıb. Fəaliyyətinin ilk illərində müəssisə şimal-qərb bölgəsində çalışan fermerləri elit növ taxıl, arpa və qarğıdalı toxumları ilə təmin etməklə yanaşı, həm də istehsal prosesini həyata keçirib.

    Müəssisə fəaliyyətə başlayan ilk gündən burada texniki operator vəzifəsində çalışan Surxay Abdullayev bildirib ki, quraşdırılan texnologiyaların hamısı Türkiyə istehsalıdır. O, ötən dövr ərzində emal etdikləri toxumlarla bağlı hər hansı şikayət daxil olmadığını deyir.



    Toxum satışı üzrə menecer Eldəniz Əhməyev isə hibridləşdirilmiş toxumların üstünlüklərindən danışıb. Onun sözlərinə görə, əgər adi qarğıdalı toxumunun səpildiyi bir hektardan 5-7 ton məhsul götürülürsə, onların istehsal etdikləri hibrid toxumlardan hektara 15-17 ton, bəzən daha çox məhsul əldə edilir. Eləcə də taxıl və arpa məhsullarında da məhsuldarlıq bir neçə dəfə çox olur. Bir sözlə, sağlam toxum məhsuldarlığın əsası deməkdir.

    Müəssisənin Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun üzərində satış mərkəzi də fəaliyyət göstərir. Burada toxumlarla yanaşı, həm də Türkiyədən gətirilən kənd təsərrüfatı texnikalarının lizinq yolu ilə satışı da həyata keçirilir.

    Kənd təsərrüfatı texnikalarının satış meneceri İlduz Yolçiyevlə söhbət zamanı bildirib ki, fermerlərə lizinq yolu ilə satılan hər bir texnikanın zəmanət kağızı da var.

    Müəssisə fəaliyyətə başlayandan 20 nəfərə yaxın yerli sakin burada daimi işlə təmin edilib.

    Tarix : 31-01-2024, 20:34 | Oxunub: 153