• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Türkiyədə əsrin fəlakəti və QARDAŞ yardımı - 1 ildə nələr oldu?

    06

    fev

    Türkiyədə əsrin fəlakəti və QARDAŞ yardımı - 1 ildə nələr oldu?

    Türkiyədə 53 mindən çox insanın ölümünə səbəb olan “Əsrin fəlakəti”nin ildönümüdür.

    Ötən ilin bu günü həm Azərbaycan, həm Türkiyə səhərini bu faciə ilə açdı. Bir neçə saat ara ilə 105 saniyə davam edən iki zəlzələ nəticəsində 53 537 nəfər həlak olub, 107 213 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Yeraltı təkanlar zamanı 39 minə yaxın bina dağılıb. Bunlardan 26 minində axtarış-xilasetmə işləri aparılıb. Türkiyədə ölənlər arasında 4 azərbaycanlı tələbə də var idi.

    KAHRA.jpg (177 KB)

    Zəlzələnin ilk günündən Azərbaycan qardaş ölkənin yanında oldu, ona hərtərfli dəstək və yardım göstərdi. Prezident İlham Əliyev fevralın 6-da türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi. Dövlət başçısı başsağlığı məktubunda bildirdi ki, Azərbaycan Türkiyəyə hər cür dəstək göstərməyə hazırdır. Fevralın 8-də Prezident Türkiyənin ölkəmizdəki səfirliyində olub, baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib. Dövlət başçısı bildirib ki, Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi həmişə olduğu kimi nümayiş etdirmişik: “Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik. Hər zaman Türkiyə də bizim yanımızdadır, yaxşı günlərdə, çətin günlərdə”.

    Qardaş ölkənin dərdinə şərik olmaq üçün dərhal Azərbaycanda da qərargah yaradıldı. Türkiyəli qardaşlara kömək məqsədilə yardım toplama kampaniyasına start verildi. Vətəndaşlarımız könüllü olaraq öz qardaş və bacılarına yardım daşıdılar. Qısa müddət ərzində xeyli miqdarda üst geyimi, uşaq bezləri, uşaq yeməkləri və digər bu kimi məmulatları özündə əks etdirən ərzaqlar toplandı. İlk gün bir neçə TIR yola düşdü, ancaq proses bununla da bitmədi.

    AZERİ YARDİM.jpg (639 KB)

    Türkiyə dövləti bu acı məqamdan çıxa bildi. Təbii ki, Azərbaycan da öz qardaş borcunu yerinə yetirdi. Kahramanmaraşda yenidənqurma işlərində, həm ondan əvvəlki dönəmdə Azərbaycan qardaş yardımını əsirgəmədi. Azərbaycan da hər zaman Türkiyədən bunu görüb, burada qeyri-adi bir hal yoxdur. Türkiyə də hər zaman Azərbaycanın çətin günündə yanımızda olub. İstər Vətən müharibəsi dönəmində, istər tarixin keşməkeşli səhifələrində biz həmişə Türkiyənin yardımını görmüşük. İndiki məqamda da başqa cür ola bilməzdi. Azərbaycan yardım əlini əsirgəmədi, Kahramanmaraşda hazırda “Azərbaycan” yaşayış məhəlləsi inşa olunur. Azərbaycanın 100 milyon dollarlıq dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində artıq bir neçə binanın təməli qoyulub. “Azərbaycan” yaşayış məhəlləsinin ümumi sahəsi 32 hektar təşkil edəcək. Layihəyə əsasən, məhəllə yaşayış binaları, ibtidai məktəb və uşaq bağçası, mədəniyyət mərkəzindən ibarətdir. Yaşayış məhəlləsində 71 yaşayış binası inşa olunacaq. Bu binalarda 2, 3 və 4 otaqlı 1323 mənzil olacaq. Həmin ərazidə məskunlaşacaq sakinlərin iş yerləri ilə təmin olunması məqsədilə yaşayış binalarında 799 qeyri-yaşayış (ticarət) obyekti istifadəyə veriləcək. Layihənin 100 milyon ABŞ dolları məbləğində hissəsi Azərbaycan Hökuməti tərəfindən inşa olunacaq. Azərbaycan Hökumətinin icraçı qurumu Mənzil İnşaatı Dövlət Agentliyidir.

    Azərbaycan Hökuməti tərəfindən “Azərbaycan” yaşayış məhəlləsində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzi inşa olunacaq.

    MEHEL SON.JPG (14.00 MB)

    Yaşayış məhəlləsində yerləşən ibtidai məktəb və uşaq bağçasının, baş plan üzrə 11 və 12-ci kvartalların tikintisinə başlanılıb.

    20 sinif otağından ibarət 300 şagird yerlik ibtidai məktəb və 3 sinif otağından ibarət 60 yerlik uşaq bağçasında təhsilə dəstək məqsədilə əlavə aşağıdakı otaqlar da olacaq:

    - xüsusi alətlər və tədris materiallarından ibarət 1 emalatxana

    - musiqi dərslərinin keçirilməsi üçün musiqi alətlərindən ibarət 1 musiqi otağı

    - rəsm və əmək dərslərinin keçirilməsi üçün 2 emalatxana

    - texnologiya, riyaziyyat və mühəndislik sahəsində bacarıqların təkmilləşdirilməsi üçün 1 emalatxana

    - 1 kitabxana

    - 1 idman zalı

    MEHEL EN SON.jpg (9.10 MB)

    Xatırladaq ki, zəlzələ bölgəsində həyata keçirilən axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) 420 nəfərlik xilasedici heyəti müvafiq avadanlıqlar və axtarış itləri ilə bərabər fevralın 6-da Türkiyəyə yola salınıb və orada fəaliyyət göstərib. Bundan əlavə, zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə FHN-in zəruri tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı və 34 nəfər tibbi, 7 nəfər qeyri-tibbi olmaqla 41 nəfərlik heyəti Türkiyədə olub.

    FHN SON.jpg (125 KB)

    Prezident İlham Əliyevin göstərişinə əsasən, 10 nəfər hərbi həkim, 8 nəfər tibb bacısı olmaqla Azərbaycan Ordusunun bir qrup hərbi tibb personalı da qardaş ölkədə zəlzələdən zərər görənlərə kömək edib.

    Azərbaycan komandası həmçinin Kahramanmaraşda 2 səhra xəstəxanası yaradıb. FHN-in tabeliyində olan xəstəxanalarda 41 həkim və səhiyyə işçisi çalışıb. Azərbaycan nümayəndə heyətinin tərkibində olan psixoloqlar yerlərdə zəlzələdən zərərçəkənlərə dəstək olublar. Xəstəxanalarda, o cümlədən cərrahiyyə xidməti və laboratoriyada zəlzələdən zərər çəkmiş təxminən 2 500 insana sağlamlıq xidmətləri və psixososial dəstək göstərilib. Pediatrlar zəlzələdən zərərçəkənlərə qulluq edib.

    Azərbaycandan gələn heyət Kahramanmaraş və rayonlarında 10 yerdə çadır şəhərciyi yaradıb.

    SEHER SON.jpg (458 KB)

    Zəlzələ bölgəsini ən son tərk edənlər də azərbaycanlı xilasedicilər oldu. Türkiyənin o vaxtkı xarici işlər naziri, hazırda Türkiyə Böyük Millət Məclisinin NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu da Malatyada keçirdiyi mətbuat konfransında bildirmişdi ki, zəlzələ bölgəsini sonuncu tərk edənlər azərbaycanlı xilasedicilər olub.

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 8-də Azərbaycan lideri İlham Əliyevlə telefonla danışdı. Dəstəyə görə Azərbaycana təşəkkür etdi. “Biz necə Qarabağ müharibəsində qardaşlarımızın yanında olduqsa, Türkiyədəki fəlakətdə də İlham qardaşım bütün komandası ilə bizim yanımızda yer aldı”, - R.T.Ərdoğan bildirib.

    ərdogan.jpg (57 KB)

    Türkiyə prezidenti bir neçə gün öncə Hatayda zəlzələdən sonra mənzillərin təhvil verilməsi mərasimində çıxışı zamanı bir daha azərbaycanlı xilasedicilərə təşəkkür edib:

    “Xalqımız bu ağrılı sınaqdan uğurla çıxıb. 11 min 500 əcnəbi komanda üzvü olmaqla axtarış-xilasetmə işlərində iştirak edən 35 min nəfərə, bütün qardaşlarımıza təşəkkür edirəm”.Musavat.com

    Tarix : 6-02-2024, 16:00 | Oxunub: 141