• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Goranboyda kişi arvadı, gəlini və nəvələrinin olduğu həyətə qumbara atıb - TƏFƏRRÜAT

    17

    fev

    Goranboyda kişi arvadı, gəlini və nəvələrinin olduğu həyətə qumbara atıb - TƏFƏRRÜAT

    Gəlinin üzərinə partlayıcı maddə atmaqla ona xəsarət yetirən şəxs Goranboy rayonu Tapqaraqoyunlu kəndi ərazisində çobanlıq edib.

    Ehtimal olunur ki, həmin partlayıcı maddə müharibə qalıqları ilə çirklənmiş və təmizlənməyən yerdən tapılıb.

    Hazırda hüquq-mühafizə orqanları cinayət əməlində şübhəli bilinən şəxsin dindirilməsini həyata keçirir.\apa


    ****

    Goranboyda kişi arvadı, gəlini və nəvələrinin olduğu həyətə qumbara atdı - TƏFƏRRÜAT

    Məlumata görə, gəlininin həyətinə qumbara atan 1957-ci il təvəllüdlü Namazov Zakir Mayıl oğlunun psixoloji problemləri olub. Belə ki, o partlayıcını səbəbsiz yerə həyətə atıb.

    Qeyd edək ki, hadisə zamanı qadınla yanaşı onun qayınanası və uşaqları da həyətdə olublar.

    Hadisə nəticəsində xəsarət alan 1986-cı il təvəllüdlü Aslanova Vəfa Şükür qızı Goranboy Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyyə Şöbəsinə yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.//Report

    Tarix : 17-02-2025, 08:30 | Oxunub: 816