ETSN kollektivi Xocalı soyqırımı qurbanlarını anıb.
Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib. Abidənin önünə gül dəstələri düzülüb, soyqırım qurbanlarının əziz xatirəsi dərin ehtiramla anılıb.
Daha sonra Nazirlikdə Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin və Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.