• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Vüqar Kərimov: Azad edilmiş ərazilərdə yaradılacaq yeni milli parkın ilkin xəritəsi hazırlanıb

    27

    fev

    Vüqar Kərimov: Azad edilmiş ərazilərdə yaradılacaq yeni milli parkın ilkin xəritəsi hazırlanıb

    Azad edilmiş ərazilərdə yaradılacaq yeni milli parkın ilkin xəritəsi hazırlanıb.


    Ekologiya.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini, Ekoloji məsələlər üzrə İşçi qrupun rəhbəri Vüqar Kərimov bildirib.


    İşçi qrupun Zəngilanda keçirilən iclasında çıxış edən V.Kərimov deyib: “Qarabağ və Şərqi Zəngəzur həm biomüxtəliflik, həm də təbii landşaftın zənginliyi baxımından çox əhəmiyyətli bölgədir. Burada 6 xüsusi mühafizə olunan təbiət ərazisi var. Bir yeni milli parkın yaradılması ilə bağlı təşəbbüs irəli sürmüşük. Həmin milli park Şuşa, Kəlbəcər, Xocalı və Laçının bir hissəsini əhatə edəcək. Aidiyyəti nümayəndəliklər və yerli qurumlarla müzakirə aparmaq üçün ilkin xəritə də hazırlanıb”.

    Tarix : 27-02-2025, 15:27 | Oxunub: 888