Azərbaycanda bu il 3 milyon 200 mindən çox ağac tingi əkilib.
Ekologiya.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyi də daxil olmaq aidiyyəti dövlət qurumlarının götürdükləri öhdəlik çərçivəsində əsasən meşə fondu ərazilərində əkilib:
"Bundan başqa, 32 tona yaxın meşə ağaclarına aid ağac kollarının toxumları meşə fondu torpaqlarında bərpa məqsədilə səpilib".
MEŞƏ
SON DƏQİQƏ
Nazir müavini Vüqar Kərimov bu il Azərbaycanda əkilən ağac tinglərinin sayı açıqlayıb