• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Nazir müavini: “Azərbaycanın ərazilərinin 10 faizdən çoxu xüsusi mühafizə olunur”

    21

    noy

    Nazir müavini: “Azərbaycanın ərazilərinin 10 faizdən çoxu xüsusi mühafizə olunur”

    “Festivalın əsas məqsədi nadir heyvanların mühafizəsinə cəmiyyətin diqqətinin artırılması, flora və fauna növlərinin qorunmasına yönəlib”.

    Ekologiya.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Qızılağac Milli Parkında keçirilən “Flaminqo festivalı”nda deyib.

    “Bu, Azərbaycanda ilk festivaldır ki, nadir canlıya, həsr olunub. Azərbaycanın 1989, 2003, 2023-cü illərdə nəşr olunan hər üç “Qırmızı kitab”a adı salınan nadir quşlardan biri də flaminqodur”.

    Nazir müavini bildirib ki, hazırda Azərbaycanın ərazilərinin 10 faizdən çoxu xüsusi mühafizə olunur: “Bunların 10-u milli park, 10-u təbiət qoruğu, 24-ü dövlət təbiət yasaqlığı formatında fəaliyyət göstərir”.

    Vüqar Kərimov onu da vurğulayıb ki, bu il Hirkan Milli Parkının Azərbaycan hissəsi UNESCO-nun təbii irs siyahısına salınıb, yeni ərazilərin bu siyahıya salınması yönündə işlər davam etdirilir: “Bu çox böyük uğurdur. Yeni təbiət ərazilərimizin də UNESCO-nun təbii irs siyahısına salınması ilə əlaqədar işlər davam etdirilir”.

    Qeyd edək ki, Qızılağac Milli Parkında ilk dəfə olaraq “Flaminqo festivalı” keçirilir.

    Tarix : 21-11-2023, 13:44 | Oxunub: 1 047