Qırmızı bülletenlə axtarışda olan “Daltonlar” mütəşəkkil cinayət qrupunun əsas idarəçilərindən olan Sinan Memi Polşadan, zəhər satıcısı Atakan Avcı isə Bolqarıstandan Türkiyəyə gətirilib.
Ekologiya.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə daxili işlər naziri Ali Yerlikaya açıqlayıb.
"Əziz millətimizin bilməsini istəyirəm ki, mütəşəkkil cinayət təşkilatlarının üzvlərini və zəhər tacirlərini bir-bir tutaraq ölkəmizə gətirəcəyik. Hansı ölkəyə qaçmış olurlarsa olsunlar, bizdən qaça bilməyəcəklər. Əməliyyatda iştirak edən ədliyyə və xarici işlər nazirlərinə və nazirlik əməkdaşlarına təşəkkür edirəm. İnterpol-Avropol Departamentimizi, KOM, Narkotik Cinayətlərlə Mübarizə və Kəşfiyyat Müdirliklərini, İstanbul İl Polis İdarəsini təbrik edirəm" - nazir qeyd edib.