60-dan çox müəssisədə tibbi tullantıların düzgün idarə olunmasına dair monitorinqlər aparılacaq
Ekologiya və Təbii Sərvətlər və Səhiyyə nazirliklərinin birgə təşəbbüsü ilə yaradılan İşçi Qrup çərçivəsində 37 müəssisədə tibbi tullantıların düzgün idarə olunmasına dair monitorinqlər aparılıb. Monitorinqlər nəticəsində həm müsbət məqamlar, həm də problemli məsələlər aşkarlanıb. Bakı Sağlamlıq Mərkəzi tibbi tullantıların müəssisə daxilində idarə edilməsini düzgün şəkildə quranlardan biridir. Monitorinqlər növbəti ildə də davam etdiriləcək və 60-dan çox müəssisədə aparılacaq. Məqsəd aşkarlanmış çatışmazlıqlarla bağlı müvafiq tədbirlərin planlaşdırılması və mərhələli şəkildə icra edilməsidir.
Ekologiya.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov jurnalistlərə müsahibəsində deyib.
Ötən illərlə müqayisədə son illər bu sahədə irəliləyişlər müşahidə olunmaqdadır. Xüsusilə COVID-19 pandemiyasından sonra yaranan zərurət də bu prosesə təkan verib. Lakin işçi qrup çərçivəsində çalışırıq ki, bu sahədə aparılan işləri sistematik, koordinasiyalı şəkildə həyata keçirilməsini təmin edək. Eyni zamanda, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı da işlərə başlanılıb. Səhiyyə Nazirliyi tərəfindən müvafiq tələblərə dəyişikliklərlə bağlı sənəd layihəsi hazırlanıb, baxılmaqdadır. Eyni zamanda, uçot və hesabatlılığın elektronlaşdırılması istiqamətində fəaliyyətə başlanılıb".