• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bu il nöqsanlar aşkar edilən stomatoloji müəssisələrin sayı AÇIQLANDI

    12

    mar

    Bu il nöqsanlar aşkar edilən stomatoloji müəssisələrin sayı AÇIQLANDI

    Analitik Ekspertiza Mərkəzi tərəfindən 2025-ci ilin yanvar-fevral aylarında ölkədə stomatoloji xidmət göstərən 17 özəl tibb müəssisəsində yoxlama keçirilib.

    Bu barədə Trend-in sorğusuna cavab olaraq Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

    Bildirilib ki, bu yoxlamalar nəticəsində 6 müəssisədə nöqsanlar aşkar edilib.


    "İnzibati xətalar məcəlləsinin 210.1 maddəsi üzrə 1, 215.1 maddəsi üzrə 4, 215.4 maddəsi üzrə 1 protokol tərtib edilərək, növbəti icraata göndərilib.

    Vətəndaşlara bir daha xatırladırıq ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında üzləşdikləri hər hansı problemlə bağlı AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), [email protected] elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir", - deyə mərkəzdən əlavə edilib.

    Tarix : 12-03-2025, 19:50 | Oxunub: 736