• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Ağdaşda meşədə ağacları kəsən şəxs saxlanılıb

    28

    noy

    Ağdaşda meşədə ağacları kəsən şəxs saxlanılıb

    Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz ağackəsmə hallarının qarşısının alınması məqsədilə tədbirlər keçirib.

    Bu barədə Ekologiya.az -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

    Bildirilib ki, keçirilən tədbirlər zamanı rayonun Ağzıbir və Yenikənd kəndləri ərazisindəki meşə massivindən yaş qovaq ağaclarının kəsilməsi müəyyən olunub.
    Polis əməkdaşları tərəfindən həmin şəxs müəyyən olunub və onun barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək aidiyyəti üzrə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə göndərilib.

    Tarix : 28-11-2023, 00:45 | Oxunub: 2 487