• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ - Yaxın üç gün ərzində ölkədə...

    02

    yan

    Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ - Yaxın üç gün ərzində ölkədə...

    Yaxın üç gün ərzində ölkədə güclü külək əsəcək.
     
    Bu barədə Ekologiya.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

     Bildirilib ki, yanvarın 2-si günün ikinci yarısından 3-ü səhərədək Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin 15-18 m/s, 3-ü günün ikinci yarısında isə qısa müddətə şimal-qərb küləyinin 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.
     
    Yanvarın 3-4-də Azərbaycan rayonlarında əsasən dağlıq və dağətəyi rayonlarda qərb küləyinin 15-18 m/s, bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.

    Tarix : 2-01-2024, 14:32 | Oxunub: 1 913