• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Samuxda Dövlət Təhlükəsizliyi Xidməti işçilərinin peşə bayramı qeyd edilib - FOTO

    28

    mar

    Samuxda Dövlət Təhlükəsizliyi Xidməti işçilərinin peşə bayramı qeyd edilib - FOTO

    Samux Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Firdovsi Əliyev, Milli Məclisin deputatı Müşviq Cəfərov, DTX-nin Samux rayon şöbəsinin kollektivi, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri  iştirak edib.

    Tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək Ulu Öndərə hörmət və ehtiramlarını bildiriblər.

    Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev təbrik nitqində 106 il bundan əvvəl yaradılmış təhlükəsizlik orqanlarının fəaliyyətindən, ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Komitəsinə rəhbər  təyin ediləndən sonra ümummilli liderimizin əvəzsiz xidmətlərinin oldğunu vurğulayıb. 

    Tədbirdə çıxış edən Milli Məclisin deputatı Müşviq Cəfərov 1991-ci ildə MTN-nin yaradılmasından sonra milli maraqlara söykənərək ictimai təhlükəsizlik qaydalarının daha da möhkəmləndirilməsindən, dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində xüsusi xidmət orqanlarının yüksək səviyyədə təşkil olunmasından, onun əməkdaşlarının peşəkarlığından söz açıb. 

    İcra başçısı daha sonra  DTX-nin Samux rayon şöbəsinin bir qrup əməkdaşına fəxri fərmanlar təqdim edib.

    Daha sonra çıxış edən DTX-nin Samux rayon şöbəsinin rəisi çıxışında DTX əməkdaşlarının dövlətimizin təhlükəsizliyinin təmin edilməsi üçün əllərindən gələnləri əsirgəmədiklərini bildirib.

    Çıxış edən digər hüquq-mühafizə orqanlarının rəhbərləri də çıxışlarında DTX-nin Samux rayon şöbəsinin əməkdaşlarını təbrik edərək işlərində uğurlar arzulayıblar. Ekologiya.az


    Tarix : 28-03-2025, 16:30 | Oxunub: 3 152