• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Samuxda ağacəkmə aksiyası keçirilib - FOTO

    19

    mar

    Samuxda ağacəkmə aksiyası keçirilib - FOTO

    Samuxda “Konstitusiya və Suverenlik İli” çərçivəsində və “Novruz Bayramı” münasibəti ilə ağacəkmə aksiyası keçirilib.

    Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən aksiyada Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, şəhid ailələri, İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, idarə, müəssisə və təşkilatların işçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

    Aksiyada Samux rayonunun Ziyadlı kəndində, Kür yolunun kənarına rayonun torpaq-iqlim şəraitinə uyğun müxtəlif cinsli 600 ədəd ağaclar əkilib.Ekologiya.az


    Tarix : 19-03-2025, 12:54 | Oxunub: 1 496