• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • İstanbulda zəlzələ zamanı 151 nəfər özünü binadan atd, xəsarət alanlar var

    23

    apr

    İstanbulda zəlzələ zamanı 151 nəfər özünü binadan atd, xəsarət alanlar var

    İstanbulda baş verən zəlzələ böyük təşvişə səbəb olub.

    Ekologiya.azxəbər verir ki, İstanbulda baş verən zəlzələ nəticəsində 151 nəfər xəsarət alıb. Bu barədə şəhər valiliyinin rəsmi açıqlamasında bildirilib.

    Zəlzələ şəhərin müxtəlif bölgələrində hiss edilib və bir çox insan çaxnaşma içində küçələrə axışıb. Valilikdən verilən məlumata görə, hazırda hadisə nəticəsində həyatını itirən yoxdur.

    "Təşviş nəticəsində hündürlükdən tullanaraq xəsarət alan 151 vətəndaşın müalicəsi davam edir. Onların həyatı üçün heç bir təhlükə yoxdur. İnsan tələfatı və dağıntı qeydə alınmayıb. Fatih rayonunda tərk edilmiş bina çöküb", - məlumatda bildirilib.

    Musavat.com

    Tarix : 23-04-2025, 17:10 | Oxunub: 1 944