• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Sürücülük vəsiqəsi ilə bağlı VACİB XƏBƏR

    29

    apr

    Sürücülük vəsiqəsi ilə bağlı VACİB XƏBƏR

    Bu ilin birinci rübündə Gürcüstanda 6 nəfər Azərbaycan vətəndaşı sürücülük vəsiqəsi alıb.

    Ekologiya.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin rüblük hesabatında bildirilib.

    Tbilisi və Kvemo Kartlidə qeydiyyatda olan həmin şəxslərin 4-ü kişi, 2-si isə qadındır. Qonşu ölkədə sürücülük vəsiqəsi əldə etmiş Azərbaycan vətəndaşları 17-29 yaş arasında olan gənclərdir.

    Yanvar-martda qonşu ölkədə ümumilikdə 6 148 nəfər sürücülük vəsiqəsi alıb ki, onların da 81-i xarici ölkə vətəndaşıdır. Əcnəbilər arasında ən çox sürücülük vəsiqəsi verilənlər arasında ilk üçlükdə Rusiya (34 nəfər), Belarus (13 nəfər) və Hindistan (9 nəfər) vətəndaşları yer alıblar.

    Tarix : 29-04-2025, 16:20 | Oxunub: 1 336