• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bakıda yağış sularının saxlanması üçün yeraltı anbarlar tikiləcək

    08

    yan

    Bakıda yağış sularının saxlanması üçün yeraltı anbarlar tikiləcək

    Bakıda yağış sularının saxlanması üçün yeraltı anbarlar tikiləcək.

    Ekologiya.az-ın xəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

    Qeyd olunub ki, Bakının şəhər ərazisi üçün aşağıdakı qısamüddətli tədbirlərin görülməsi təklif olunur:

    Mərkəzi park üçün susaxlayıcı sistemin qurulması. İntensiv yağıntılar zamanı yağış sularının saxlanması və daha sonra suvarmada istifadə edilməsi üçün yeraltı anbarın inşası və güclü yağıntılar zamanı suyun park ərazisində saxlanılması;
    • Qış Parkı. Yeraltı dayanacaqda yeraltı anbarın inşası;
    • Atatürk Parkı. Güclü yağış hadisələri üçün parkda sututucu qurğuların quraşdırılması;
    • Xətai prospekti. Suburaxma gücünün artırılması üçün su novlarının quraşdırılması;
    • Neftçilər prospekti. Neftçilər prospektinin alçaq sahələrində, bulvarda drenajların qurulması, Xəzər dənizinə axıtma məntəqələrinin inşası;
    • Kommersiya rayonu. Tamamilə ayrı yağış kanalizasiya sisteminin qurulması və bu sistemə kanalizasiya xətlərinin birləşdirilməsinin qarşısının alınması.

    Tarix : 8-01-2024, 11:47 | Oxunub: 1 638