• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Belarus şirkətləri ilə ildə təxminən 700-800 traktor istehsal edirik – Xanlar Fətiyev

    06

    may

    Belarus şirkətləri ilə ildə təxminən 700-800 traktor istehsal edirik – Xanlar Fətiyev

    Belarus şirkətləri ilə ildə təxminən 700-800 traktor istehsal edirik.

    Bunu Trend-ə açıqlamasında Gəncə Avtomobil Zavodunun Müşahidə Şurasının sədri Xanlar Fətiyev deyib.

    O bildirib ki, Belarus şirkətləri, zavodları ilə 2007-ci ildən işləyirik. İşlədiyimiz şirkət Minsk Avtomobil Zavodudur.


    "Prezident İlham Əliyevin 2006-cı ildə Belarusa səfərindən sonra bu ölkənin şirkətləri ilə əməkdaşlığa başlanılıb.

    Artıq 18 ildir ki, bu ölkənin zavodları ilə işləyirik. Belarus şirkətləri ilə ildə təxminən 700-800 traktor istehsal edirik. Mayın 5-də bağlanılan müqavilə ilə üçüncü ölkələrə çıxmağa çalışırıq.

    Kommunal avtomobillərin də istehsalına çoxdan başlamışıq. Bundan əlavə, tullantı avtomobilləri də istehsal edirik”, - deyə X.Fətiyev qeyd edib.

    Tarix : 6-05-2025, 18:58 | Oxunub: 1 640