• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Dolu düşəcək, sulu qar yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

    10

    may

    Dolu düşəcək, sulu qar yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

    Şimal və qərb rayonlarından mayın 11-i günün ikinci yarısı başlayaraq 15-i axşamadək hava şəraitinin arabir yağıntılı olacaq.

    Milli Hidrometeorologiya Xidmətindən Ekologiya.az-a verilən məlumata görə, şimşək çaxacağı gözlənilir.

    Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. 12-si gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq.

    Yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayının aşağı axınında sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

    Havanın temperaturu mayın 13-dən başlayaraq ötən günlərlə müqayisədə tədricən 4-6° aşağı enəcək.

    Tarix : 10-05-2025, 13:40 | Oxunub: 1 680