Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən son 1 həftə ərzində keçirilən profilaktik tədbirlər nəticə verib.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan Ekologiya.az-a verilən məlumata görə, şəhər sakinləri 31 ədəd müvafiq sənədləri olmayan müxtəlif markalı ov silahlarını polisə könüllü təhvil veriblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.