• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azərbaycan Prezidentinin iqlim üzrə nümayəndəsi AIF2025-də iştirak edəcək

    19

    may

    Azərbaycan Prezidentinin iqlim üzrə nümayəndəsi AIF2025-də iştirak edəcək

    Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev 29-30 may tarixlərində “Ağılları birləşdirərək gələcəyin formalaşdırılması” mövzusunda Astana Beynəlxalq Forumunda (Astana International Forum, AIF2025) iştirak edəcək.

    Ekologiya.az-a bu barədə  Azərbaycanın Astana şəhərindəki səfirliyindən məlumat verilib.

    AIF2025-də dünya liderləri, ekspertlər və biznes nümayəndələri bir araya gələcəklər, xüsusilə Ruanda Prezidenti Pol Kaqame, Şimali Makedoniya Prezidenti Qordana Silyanovskaya-Davkova, Xorvatiyanın Baş naziri Andrey Plenkoviçin iştirakı gözlənilir.

    Tədbirin Təşkilat Komitəsinin məlumatına görə, forumda əsas diqqət dörd tematik sahəyə yönəldiləcək: "Xarici siyasət və təhlükəsizlik", "Beynəlxalq inkişaf və dayanıqlılıq", "Energetika və iqlim", "İqtisadiyyat və maliyyə".

    Tarix : 19-05-2025, 17:15 | Oxunub: 4 176