• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Nazirdən yeni təyinat: Şöbələr ləğv edildi

    22

    may

    Nazirdən yeni təyinat: Şöbələr ləğv edildi

    Maliyyə naziri Sahil Babayev qurumda islahatlara start verib.

    Ekologiya.az xəbər verir ki, Maliyyə Nazirliyinin rayonlardakı şöbələri ləğv edilib və regional idarələr yaradılıb.

    Nazirliyin Şimal bölgəsində - Qusar şəhərində Quba-Xaçmaz Regional Maliyyə idarəsi yaradılıb.

    Quba, Şabran, Siyəzən, Xaçmaz və Qusar Maliyyə şöbələri ləğv edilərək Qusarda yerləşən regional idarədə birləşib.

    Hazırda Quba-Xaçmaz Regional Maliyyə idarəsində təşkilati işlər görülür.

    Kamran Əmirov Quba-Xaçmaz Regional Maliyyə idarəsinin rəis əvəzi təyin edilib, onun öz vəzifəsi isə qurumun rəis müavini postudur."Qaynarinfo"

    Tarix : 22-05-2025, 11:48 | Oxunub: 5 424