• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Yanvarın 11-də Dünya Qoruqlar və Milli Parklar Günüdür! - Milli parklarda “açıq qapı” günü olacaq

    10

    yan

    Yanvarın 11-də Dünya Qoruqlar və Milli Parklar Günüdür! - Milli parklarda “açıq qapı” günü olacaq

    1917-ci il yanvarın 11-də dünyada ilk dəfə Rusiyada nadir heyvanların qorunması məqsədilə Baykal gölü üzərində Barquzin Dövlət Qoruğu yaradılıb. Həmin təqvim Dünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə 1997-ci ildən etibarən qeyd olunur.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Ekologiya.az-a verilən məlumata görə, ölkəmizdə 10 milli park və 10 dövlət təbiət qoruğu fəaliyyət göstərir.

    Milli parklar Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir.

    “Açıq qapı” günü ziyarətçilər Azərbaycanın müxtəlif bölgələrində yerləşən milli parklara gəlməklə burada füsunkar təbiət ərazilərindən zövq ala bilərlər.

    Tarix : 10-01-2024, 13:52 | Oxunub: 2 487