23 May Ekologiya və Təbii Sərvətlər Nazirliyi əmakdaşlarının peşə bayramı münasibətilə 14 Saylı Regional Meşə Təsərrüfatı Mərkəzində tədbir keçirilib.
Ekologiya.az bildirir ki, ilk öncə Mərkəzin əmakdaşları Şəmkir RİH ilə birgə Ümumilli Lider Heydər Əliyevin Şəmkir rayonunda ucaldılmış abidəsi ziyarət edilib önünə gül dəstələri qoyulub.
Direktor Vasif Nəbiyev tərəfindən mərkəzdə əmakdaşlarla birgə Vətən uğrunda canında keçmiş Şəhidlər bir dəqiqəlik sükutla yad edilib. Daha sonra mərkəzin direktoru tərəfindən işlərində fərqlənən bəzi əmakdaşlar fəxri fərmanla təltif ediliblər.