• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Sabah Bakının əsas küçələrindən birində hərəkət tam məhdudlaşdırılacaq

    20

    iyn

    Sabah Bakının əsas küçələrindən birində hərəkət tam məhdudlaşdırılacaq

    Sabah saat 08:00-dan 22 iyun saat 22:00-dək Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Qasımzadə küçəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, sözügedən küçənin Azadlıq prospekti ilə kəsişməsindən Ceyhun Hacıbəyli küçəsinin kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

    Bu barədə “Report”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

    “Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, - deyə məlumatda qeyd edilib.

    Tarix : 20-06-2025, 17:15 | Oxunub: 1 384