• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • ETSN-də Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olunub

    24

    iyn

    ETSN-də Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olunub

    23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı günü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində tədbir keçirilib.

    Tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov Nazirliyin əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, dövlət qulluqçularının ölkənin idarəetmə sistemində oynadığı mühüm rolu qeyd edərək, xüsusilə ətraf mühitin qorunması və dayanıqlı inkişafın təmin olunması sahəsindəki xidmətlərini yüksək qiymətləndirib.
    Tədbir zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 may 2025-ci il tarixli, 604 nömrəli Sərəncamı ilə ətraf mühitin və təbii sərvətlərin qorunmasında səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı və “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş Nazirliyin bir sıra əməkdaşlarına medallar və vəsiqələr təqdim olunub.
    Təltif olunan əməkdaşlara göstərdikləri peşəkarlıq və əzmkarlığa görə təşəkkür bildirilib, onlara gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulanıb.

    Tarix : 24-06-2025, 12:44 | Oxunub: 1 536