• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Dağlıq ərazidə zədə alaraq köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

    26

    iyn

    Dağlıq ərazidə zədə alaraq köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İsmayıllı rayonunda dağlıq ərazidə bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, dağlıq ərazidə 1962-ci il təvəllüdlü şəxsin ayağından zədə alaraq köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.

    Xilasedicilər dağlıq-meşəlik ərazidə köməksiz vəziyyətdə qalan şəxsi xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

    Tarix : Dünən, 20:48 | Oxunub: 96