• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Polisə müqavimət göstərən narkotacir zərərsizləşdirilib

    30

    iyn

    Polisə müqavimət göstərən narkotacir zərərsizləşdirilib

    İyunun 29-da saat 23 radələrində paytaxtın Qaradağ rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər polis əməkdaşlarına müqavimət göstərməklə qaçmağa cəhd ediblər.

    DİN-in mətbuat xidmətindən Ekologiya.az-a bildirilib ki, 29 yaşlı Tehran Məmmədov idarə etdiyi VAZ-2104 markalı avtomobillə "saxla” əmrinə tabe olmayıb. O, idarəetməni itirərək nəqliyyat vasitəsini yol kənarındakı maneəyə vurduqdan sonra polis əməkdaşlarına bıçaqla müqavimət göstərib, avtomobildə olan digər şəxslərin qaçması üçün qanunsuz tələblər irəli sürüb.

    Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, polis əməkdaşı xidməti tabel silahı tətbiq etməklə onu zərərsizləşdirib, bir nəfər isə saxlanılıb.

    Avtomobildən 10 kiloqram narkotik vasitələr aşkar olunaraq götürülüb.

    Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri görülür.

    Tarix : Bu gün, 11:05 | Oxunub: 96