• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • NİİM: Qara Qarayev prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb

    21

    iyl

    NİİM: Qara Qarayev prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb

    NİİM: Qara Qarayev prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb



    Bakı, 21 iyul, AZƏRTAC

    Nizami rayonu, Heydər Əliyev prospekti, "Koroğlu” körpüsünün üzərində baş verən yol-nəqliyyat hadisəsi səbəbindən Aeroport şosesi, Qara Qarayev prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

    Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

    Xatırladaq ki, qeyd edilən ərazidə baş verən qəza səbəbindən Aeroport şosesi, Qara Qarayev prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunmuşdu. Polis əməkdaşları hadisə yerinə gəlib və qəzada iştirak edən avtomobilin yoldan kənarlaşdırılması işləri görülüb.

    Tarix : 21-07-2025, 12:35 | Oxunub: 1 104