• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Yağış yağıb, külək güclənib - FAKTİKİ HAVA

    20

    avq

    Yağış yağıb, külək güclənib - FAKTİKİ HAVA

    Azərbaycanda avqustun 20-si səhər saatlarına olan məlumata əsasən hava əsasən yağmursuz keçib.

    Bu barədə Ekologiya. Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Lakin səhər saatlarında Abşeron yarımadasının bəzi yerlərində (Sumqayıtda 1 mm-dək) qısamüddətli az yağış yağıb.

    Şərq küləyi əsib, küləyin maksimal sürəti arabir Naftalanda 20, Culfada 19 m/s-dək güclənib.

    Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, dağlıq rayonlarda 29, Aran rayonlarında 37, Naxçıvan MR-da 38 dərəcəyədək isti qeydə alınıb.

    Tarix : 20-08-2025, 10:00 | Oxunub: 3 392