• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Rafiq Aslanov: Son 20 ildə Azərbaycanda 22 min kilometrdən çox su xətti çəkilib

    18

    yan

    Rafiq Aslanov: Son 20 ildə Azərbaycanda 22 min kilometrdən çox su xətti çəkilib

    2003-2023-cü illərdə ölkədə su təchizatı 2 milyon 700 nəfərdən 8 milyon nəfərə qədər yüksəlibdir. Yəni, 26 faizdən 77 faizə yüksəlib. Bakı şəhəri üzrə isə göstərici 29 faizdən 80 faizə çatıb. Həmçinin bu sahə üzrə sayğaclaşma 90 faizə çatıb.


    AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini Rafiq Aslanov deyib.


    O bildirib ki, bu müddət ərzində 22 min kilometrdən çox su xətləri, 8 min kilometrdən çox kanal və tullantı su xətləri çəkilib. Eyni zamanda, 320 içməli su anbarı yaradılıb, 174 nasos stansiyası tikilib, 1 milyon 500 su sayğacı quraşdırılıb. Həmçinin 45 yeni su mənbəyi yaradılıb. Eyni zamanda, bu illər ərzində 54 şəhər və rayon mərkəzində su təchizatı və tullantı suların infrastrukturu layihələri icra olunub, onların 32-si tam başa çatdırılıb. Təqribən 1126 kənddə 1 milyon 500 min əhalini təmsil edən ərazidə içməli su təchizatı layihələri icra olunub, 28 tullantı su təmizləyici qurğu tikilib.

    Tarix : 18-01-2024, 11:00 | Oxunub: 2 008