• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • BDYPİ toy karvanlarında yol hərəkəti qaydalarına riayət olunması ilə bağlı müraciət edib

    29

    avq

    BDYPİ toy karvanlarında yol hərəkəti qaydalarına riayət olunması ilə bağlı müraciət edib

    Toy karvanlarına qoşulan bəzi sürücülər yol hərəkəti qaydalarını pozaraq ümumi hərəkət təhlükəsizliyinə ciddi risklər yaradırlar.


    Ekologiya.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin hərəkət iştirakçılarına müraciətində bildirilir.

    Qeyd olunub ki, sürət həddinin aşılması, təhlükəli manevrlərin edilməsi, səs siqnallarından həddindən artıq istifadə, avtoxuliqanlıq xarakterli davranışlar və digər hərəkət iştirakçılarına maneələrin yaradılması bu qəbildəndir. Belə halların baş verməsi isə həm karvanda iştirak edənləri, həm də digər hərəkət iştirakçılarını təhlükə altında qoyur.

    Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, toy karvanlarında:

    - nəqliyyat vasitələrinin sayının məhdud saxlanılması,

    - yalnız bir hərəkət zolağı üzrə hərəkət edilməsi,

    - ara məsafəsinin gözlənilməsi,

    - optimal sürət rejiminin seçilməsi,

    - içkili halda sükan arxasına keçməmək

    toyun xoşbəxt sonluğu üçün vacib şərtlərdir.

    Unutmaq olmaz ki, sevincli günün acı xatirəyə çevrilməməsi üçün hər bir sürücü məsuliyyətli davranmalı və yol hərəkəti qaydalarına ciddi riayət etməlidir.

    Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarını diqqətli olmağa və qaydalara əməl etməyə çağırır.

    Tarix : 29-08-2025, 09:36 | Oxunub: 872