• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bakıda mal-qara və təmir-tikinti materialları oğurlayan şəxslər saxlanılıblar

    19

    sen

    Bakıda mal-qara və təmir-tikinti materialları oğurlayan şəxslər saxlanılıblar

    Paytaxtın Xəzər rayonunda talama cinayəti qeydə alınıb. Naməlum şəxslər zərərçəkənin yaşadığı evin həyətindən 17 min manat dəyərində mal-qara oğurlayıblar.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ekologiya.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qabaqcadan əlbir olaraq cinayət əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı N. Novruzov və 21 yaşlı H. Vəlizadə saxlanılıblar.

    İdarənin 3-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri digər tədbir zamanı isə Binə qəsəbə sakininə məxsus evdən 781 manat dəyərində təmir-tikinti materialları oğurlamaqda şübhəli bilinən, əvvəllər dələduzluq əməlinə görə məhkum olunmuş 26 yaşlı H. İsazadə tutulub.

    Hər iki fakt üzrə araşdırmalar aparılır.

    Tarix : 19-09-2025, 12:54 | Oxunub: 856