• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Anım Günü ilə əlaqədar meşə fondu ərazilərində ağacəkmə aksiyaları keçirilib

    27

    sen

    Anım Günü ilə əlaqədar meşə fondu ərazilərində ağacəkmə aksiyaları keçirilib

    27 sentyabr - Anım Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin təşkilatçılığı ilə ölkənin meşə fondu torpaqlarında genişmiqyaslı ağacəkmə və meşəbərpa tədbirləri keçirilib. 

    Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının və müharibə iştirakçılarının iştirakı ilə Şirvan şəhəri, Lerik, Goranboy, Tovuz, Gədəbəy, Ağcabədi, Yevlax, Şabran, Qusar, Ağsu, Şəki, Zaqatala, Qəbələ və Qubadlı rayonlarının meşə fondu torpaqlarında yerli torpaq-iqlim şəraitinə uyğun 20 000-dən artıq müxtəlif cinsli ağac tingi əkilib.

    Tarix : 27-09-2025, 17:31 | Oxunub: 1 016