Pirqulu stansiyasından 12 kilometr şimalda Şamaxı rayonunda zəlzələ qeydə alınıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat yayıb.
Zəlzələ episentrdə və yaxın ərazilərdə 3 bala qədər hiss olunub. Zəlzələ ocağı 5 kilometr dərinlikdə yerləşib.
Bildirək ki, zəlzələ axşam saatlarında baş verib.Ekologiya.az