• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • DTX əməliyyat keçirdi - SAXLANILAN VAR

    15

    okt

    DTX əməliyyat keçirdi - SAXLANILAN VAR

    Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən birgə əməliyyat keçirilib.

    Ekologiya.azxəbər verir ki, əməliyyat külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində baş tutub.

    Nəticədə Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhədinin Beyləqan rayonundan keçən hissəsində gizli saxlanc yerində gizlədilmiş külli miqdarda narkotik vasitələri götürərkən 36 yaşlı Hüseynov Asif Vaqif oğlu saxlanılıb. 

    A.Hüseynovun əldə etdiyi 3 ədəd bağlamaya keçirilmiş baxış zamanı oradan 26 kiloqrama yaxın qurudulmuş marixuana və 2520 ədəd narkotik tərkibli M40 “Metadon” həbbləri aşkar edilərək götürülüb. 

    Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.

    Attachment

    Tarix : 15-10-2025, 18:29 | Oxunub: 1 032