• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • İlham Əliyev: Ərazi bütövlüyünün bərpası Azərbaycanın inkişafında yeni tarixi mərhələnin əsasını qoyub

    12

    noy

    İlham Əliyev: Ərazi bütövlüyünün bərpası Azərbaycanın inkişafında yeni tarixi mərhələnin əsasını qoyub

    Ölkənin ərazi bütövlüyünün və dövlətin suverenliyinin bərpası Azərbaycanın inkişafında yeni bir tarixi mərhələnin əsasını qoyub, həmçinin iqtisadi, sosial və mədəni sahələrlə yanaşı, hüquqi sahədə də islahatlar aparılmasını zəruri edib.

    Ekologiya.az xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin "Konstitusiya və qanunun aliliyi müasir hüquqi sistemlərdə" adlı beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alıb.

    Dövlət başçısı, həmçinin əmin olduğunu bildirib ki, konfransda konstitusiya quruculuğu sahəsində tanınmış mütəxəssislərin iştirakı ilə müxtəlif aktual mövzularda aparılacaq müzakirələr, əldə olunacaq nəticələr Konstitusiyanın aliliyinin təmini, insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi istiqamətində öz töhfəsini vermiş olacaq.




    Tarix : 12-11-2025, 13:05 | Oxunub: 2 032