• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşları qəbul edib-FOTO

    11

    iyn

    Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşları qəbul edib-FOTO

    Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 11 iyun 2026-cı il tarixində ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikasından olan sakinləri qəbul edib.

    Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyularaq dahi şəxsiyyətin əziz xatirəsi anılıb. 

    Vətəndaş qəbulu zamanı ətraf mühitin və biomüxtəlifliyin mühafizəsi, yaşıllıqların qorunması, işlə təminolunma və digər aidiyyəti məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin araşdırılması və zəruri tədbirlərin görülməsi barədə Nazirliyin məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilib. ETSN-in fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydiyyata alınıb.


    Tarix : Bu gün, 18:01 | Oxunub: 1 112