• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib

    07

    noy

    “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib

    Ekologiya.az xəbər verir ki, “Tullantıları tinglərə dəyiş” aksiyası zamanı vətəndaşlar tərəfindən 2035 litr plastik, 143 ədəd işlənmiş batareya və 268 litr şüşə tullantı təhvil verilib

    Payız əkin mövsümünün başlaması ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yenidən start verilən “Tullantıları tingə dəyiş” aksiyası Qaradağ rayonunun Sahil qəsəbəsində "Araz" supermarketin qarşısında keçirilib. 

    Vətəndaşların fəal iştirak etdiyi aksiya zamanı ümumi tutumu 2035 litr olan plastik, 268 litr şüşə və 143 ədəd işlənmiş batareya təhvil verilib və əvəzində ağac tingləri paylanılıb. Eyni zamanda, uşaqlara ətraf mühitin mühafizəsi ilə bağlı maarifləndirici kitablar hədiyyə olunub. 

    Hər kəsi aksiyalarda fəal iştirak etməyə, təbiətə töhfə verərək tullantıların sayının minimuma endirilməsinə və yaşıllıqların artırılmasına dəstək olmağa çağırırıq. Əkdiyiniz tinglərin şəkillərini bizimlə bölüşə bilərsiniz. 




    Tarix : 7-11-2023, 14:08 | Oxunub: 261