İstirahət günlərinizi təbiətin qoynunda maraqlı və səmərəli keçirmək üçün hər kəsi milli parklarımızda təşkil olunan tədbirlərdə iştirak etməyə dəvət edirik! 
📍Qızılağac Milli Parkı
30 dekabr – 5 yanvar 
Qayıq gəzintisi və su-bataqlıq quşlarının müşahidəsi
📍Şirvan Milli Parkı
30 dekabr – 5 yanvar 
Quşların müşahidəsi, safari tur
📍Ağgöl Milli Parkı 
1 yanvar
“Ağgöl Milli Parkının inciləri” adlı tədbir və tədbir çərçivəsində quş müşahidəsinin təşkili
📍Şahdağ Milli Parkı 
1 yanvar - Quba–Qusar bölməsi üzrə: “Təbiətin qorunması milli həmrəylikdir” adlı tədbir. Şahdağ Milli Parkının Quba–Qusar ərazilərində turizm marşrutlarında ekskursiya və yürüşlər
2 yanvar – Oğuz-Qəbələ üzrə: “Təbiət bizim evimizdir” adlı viktorinanın təşkili
3 yanvar - İsmayıllı bölməsi üzrə: “Təbiəti qoruyaq, həmrəy olaq” adlı tədbir, zubr və maralların canlı müşahidəsi, ekskursiyalar
4 yanvar – Şamaxı bölməsi üzrə: “Şamaxının təbii sərvətləri” adlı qısa təqdimat və turizm marşrutu boyunca ekskursiya
📍Abşeron Milli Parkı
2 yanvar 
Həvəskar və peşəkar fotoqrafların sərgisi 
📍Göygöl Milli Parkı 
3 yanvar 
Gölün kənarında qurulacaq guşədə bölgədə yaşayan əhalinin əl işlərindən ibarət sərginin təşkili 
📍Altıağac Milli Parkı
3 yanvar 
Xələnc ekoturizm marşrutunda “Ekoloji mədəniyyət və sağlam həyat” adlı tədbir və haykinq
📍Samur-Yalama Milli Parkı
 4 yanvar - "Yeni ildə təbiətə yeni töhfələr verək" adlı bayram tədbiri
📍Hirkan Milli Parkı
4 yanvar 
Cənub bölgəsinə xas çay məhsullarının, sitrus meyvələrinin sərgisi