Ölkə ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektləri və restoranlarda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən nəzarət tədbirləri keçirilib.
Nəzarət tədbirləri zamanı Siyəzən rayonu Böyük Həmyə kəndində fəaliyyət göstərən “Murad” və Lənkəran rayonu Liman şəhərində fəaliyyət göstərən “Ruslan” şadlıq sarayları, Lənkəran şəhəri Ləvəngi dairəsində fəaliyyət göstərən “Xan Lənkəran” və Qusar rayonu Çiləgir kəndinin ərazisində fəaliyyət göstərən “Chateau Qusar”, restoranlarının fəaliyyəti zamanı atmosfer havasına atılan zərərli maddələrin miqdarının ətraf mühit üçün yol verilən hədd daxilində olmadığı faktı aşkar olunub.
Faktlarla bağlı müvafiq olaraq adıçəkilən obyektlərin sahibləri Fuad İsmayılov, Ramin Əsədullayev, Rafiq Rəhimov və Sərxan Ərzimanov barəsində “İnzibati xəta haqqında Protokol” tərtib olunub və qanunamüvafiq tədbir görülüb.