• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azərbaycanda quş qripinə qarşı növbəti monitorinq keçiriləcək

    18

    fev

    Azərbaycanda quş qripinə qarşı növbəti monitorinq keçiriləcək

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə martın 2-6-da (Naxçıvan Muxtar Respublikası daxil) quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək.

    Bu barədə Ekologiya.az-a AQTA-dan məlumat verilib.

    Bildirilib ki, monitorinq risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə edəcək.

    Ərazi ilə yanaşı, vəhşi quşlara baxış keçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq. Bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından diaqnostik nümunələr götürüləcək, habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçiriləcək.

    Baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək.

    Tədbirlər müddətində götürülmüş nümunələrin müvafiq müayinələri aparılacaq.

    Tarix : 18-02-2026, 09:25 | Oxunub: 1 016