• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Prezident icbari tibbi sığorta ilə bağlı dəyişikliyi TƏSDİQLƏDİ – 2027-ci ilədək...

    02

    mar

    Prezident icbari tibbi sığorta ilə bağlı dəyişikliyi TƏSDİQLƏDİ – 2027-ci ilədək...

    İcbari tibbi sığorta çərçivəsində müştərək maliyyələşmə məbləğinin ödənilməsi 1 il uzadılıb.

    Ekologiya.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Tibbi sığorta haqqında" qanuna dəyişikliyi təsdiq edib.

    Sənədə əsasən, ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ixtisaslaşdırılmış həkim müayinəsi ilə bağlı tibbi xidmətlərdən istifadə etdikdə sığortaolunan müştərək maliyyələşmə məbləği ödəməlidir.

    Dəyişikliyə görə, sözügedən maddə 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

    Xatırladaq ki, müştərək maliyyələşmə məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən hissəsidir.

    Tarix : 2-03-2026, 16:55 | Oxunub: 2 048