Ötən gün İran tərəfindən Naxçıvan istiqamətində atılan pilotsuz uçuş aparatının (PUA) qalıqlarına dair görüntülər yayılıb.
Ekologiya.az globalinfoaz-a istinadən xəbər verir ki, həmin görüntülərin yayılmasından sonra sosial şəbəkələrin Azərbaycan və İran seqmentlərində PUA-nın üzərində guya “İstehsalat Birliyi” ifadəsinin yazıldığı barədə iddialar səsləndirilib.
Baku TV-nin təqdim etdiyi növbəti görüntülərdə də hadisə yerində üzərinə “İstehsalat Birliyi” yazılmış bir neçə torbanın olduğu diqqət çəkir.
Bununla yanaşı, ötən gün Naxçıvana atılan dronun İran istehsalı “Araş-2” PUA-sı olması artıq SEPAH mənbələri tərəfindən də təsdiqlənib.
Belə bir həssas məqamda sosial şəbəkələrdə yayılan bu cür absurd iddialara inanmamaq və onları tirajlamamaq zəruridir.

