• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Füzuli, Laçın və Zəngilanda aeroport tikintisi üçün idxal olunan mallar daha 1 il rüsumdan azad edilib

    01

    fev

    Füzuli, Laçın və Zəngilanda aeroport tikintisi üçün idxal olunan mallar daha 1 il rüsumdan azad edilib

    Füzuli, Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi üçün idxal edilən mallar daha 1 il gömrük rüsumuna cəlb olunmayacaq.

    Ekologiya.az-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərara dəyişiklik edib.

    Qeyd edək ki, bundan öncə qüvvədə olan qərar Füzuli, Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi üçün idxal edilən mallar 2024-cü il 1 yanvar tarixinə qədər gömrük rüsumuna cəlb olunmamasını nəzərdə tutub. Dəyişikliyə əsasən, bu müddət 2025-ci il 1 yanvara qədər uzadılıb.

    Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

    Tarix : 1-02-2024, 10:00 | Oxunub: 1 647