• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Ötən həftə baş verən hadisələr nəticəsində 9 nəfər ölüb - FHN

    13

    apr

    Ötən həftə baş verən hadisələr nəticəsində 9 nəfər ölüb - FHN

    Azərbaycanda ötən həftə ərzində baş verən hadisələr nəticəsində 9 nəfər ölüb.

    Ekologiya.az xəbər verir ki, bu barədə Föpvqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 179 yanğına çıxış, 41 halda köməksiz vəziyyətdə qalma, 2 avtonəqliyyat qəzası və intensiv yağışlarla əlaqədar qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

    Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

    Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən həftə ərzində 20-si azyaşlı olmaqla 46 nəfər xilas edilib, 3 nəfər xəsarət alıb, hadisələr nəticəsində 9 nəfər həyatını itirib.

    Tarix : 13-04-2026, 11:50 | Oxunub: 1 008