• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Muxtar Babayev: Maliyyə məsələləri iqlim fəaliyyəti üçün çox önəmli faktordur

    18

    apr

    Muxtar Babayev: Maliyyə məsələləri iqlim fəaliyyəti üçün çox önəmli faktordur

    Maliyyə məsələləri iqlim fəaliyyəti üçün çox önəmli faktordur.

    Ekologiya.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "COP31-ə doğru: Geosiyasi sınaqların yaşandığı bir dövrdə iqlim fəaliyyətini gücləndirmək" adlı paneldə çıxışı zamanı deyib.

    M.Babayev qeyd edib ki, iqlim fəaliyyətində irəliləyiş əldə etmək üçün yetərincə maliyyələşmənin olması başlıca ehtiyacdır:

    "Hazırda dünyada saysız müharibələr davam edir. Sülh dövründə olduğumuz üçün bizlərin bu işlərə qatqısı ola bilər. Məsələn, bu gün Türkiyənin əlində çox böyük şans var. Türkiyə dövləti iqlim məsələlərinə bir sıra ölkələri cəlb edə bilər".

    Tarix : 18-04-2026, 13:10 | Oxunub: 3 704