• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Muxtar Babayev: Zəngin ölkələr COP-larda qəbul edilən qərarları nəzərə almalıdır

    18

    apr

    Muxtar Babayev: Zəngin ölkələr COP-larda qəbul edilən qərarları nəzərə almalıdır

    Öncəki COP-larda alınan qərarların bəziləri ya tətbiq edilməyib, ya da yarımçıq qalıb.

    Ekologiya.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "COP31-ə doğru: Geosiyasi sınaqların yaşandığı bir dövrdə iqlim fəaliyyətini gücləndirmək" adlı paneldə deyib.

    M.Babayev qeyd edib ki, inkişaf etməkdə olan ölkələr eləcə də Afrika üçün həll yönümlü ciddi addımlar atılmalıdır:

    "Böyük və zəngin ölkələr birlikdə addımlar atarkən COP-larda alınan qərarları diqqətə almalıdır. Çünki hər il müzakirə olunan mövzular bir məqsədə xitab edir. Lakin ildən ilə ciddi dəyişiklik qeydə alınmır".

    Tarix : 18-04-2026, 15:39 | Oxunub: 3 080